Türk Hava Yolları: Qırğızıstanda qəzaya uğrayan yük təyyarəsi və onun heyəti bizə məxsus deyi
16.01.2017 823 0.0 0

“Türk Hava Yolları” (THY) Qırğızıstanda qəzaya uğrayan yük təyyarəsi ilə bağlı məlumat yayıb.
 
Şirkətin yaydığı məlumata əsasən xəbər verilir ki, qəzaya uğrayan yük təyyarəsi və onun heyəti THY-yə məxsus deyil.
 
“”ACT Hava Yollarına məxsus TC-MCL qeydiyyat nömrəli yük təyyarəsi HonKonq Beynəlxalq Hava Limanından Bişkek Manas Beynəlxalq Hava Limanı istiqamətində yola düşüb, Bişkek yaxınlığında qəzaya uğrayıb”, - deyə məlumatda bildirilir.
 
Qeyd edək ki, yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar