Tural Sadıqlı və Fikrət Hüseynov barəsində axtarış elan olunub
27.01.2022 253 0.0 0

Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat verilib.

Məlumata görə, bloger T.Sadıqlı barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar