Tropik `Neyt` fırtınası qasırğaya qədər güclənə bilər
07.10.2017 539 0.0 0

Mərkəzi Amerikada artıq 20-dən çox insan tropik "Neyt" fırtınasının qurbanı olub.

Məlumata görə, bu barədə RİA "Novosti" ABŞ-ın Qasırğalar üzrə Milli Mərkəzinə istinadən xəbər verib.

Qeyd olunur ki, fırtına qasırğaya qədər güclənə bilər. Fırtınanın Karib dənizinin şimal-qərb hissəsində gücləndiyi bildirilir. Meksikanın şimal sahilləri təbii hadisə barədə xəbərdar edilib.

Mütəxəssislərin hesablamalarına əsasən, "Neyt" ABŞ-ın Luiziana və Florida sahillərinə yerli vaxtla saat 19:00-da yaxınlaşacaq. Daha əvvəl hər iki ştatda yaxınlaşmaqda olan təbii hadisə ilə bağlı fövqəladə vəziyyət elan edilib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar