Trampın ticarət müşaviri vəzifəsindən azad olur
23.10.2019 442 0.0 0

ABŞ prezidenti Donald Trampın ticarət müşaviri cümə günü istefa verəcək.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, Kelli Enn Şou Trampın Çinlə ticarət anlaşması danışıqlarında məsləhətçilərindən biri idi və o, zirvə görüşlərindən əvvəl xarici liderlərlə də danışıqlar aparırdı.

Reuters-in Ağ Evdəki mənbələrinə görə, Kelli Enn Şou özəl sektora keçmək üzrədir, lakin gələcək vəzifəsi barədə ətraflı məlumat verilmir. Tramp administrasiyasının nümayəndələri boş qalan vəzifəni kimin tutacağını deməyiblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar