Trampdan inanılmaz açıqlama: 'Hillari ərinə xəyanət edir'- VIDEO
03.10.2016 731 0.0 0

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp gözlənilməz açıqlama ilə çıxış edib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, o növbəti dəfə tərəfdarları ilə görüşüb.

Əvvəlcə Tramp Klintonların ailə məsələsinin araşdırılmalı olduğunu deyib: "Hilları yalnız öz sponsorlarına sadiqdir. Mən onun ərinə xəyanət etdiyini düşünürəm. Ümumiyyətlə, o niyə ərinə sadiq olmalıdır ki? Bu qadın faciədir, o elə məsələlərə qarışır ki, bu gülüncdür. Klinton 5 metr yolu normal gedə addımlaya bilmir, bunu siz ötən ay gördünüz".

Xatırladaq ki, 11 sentyabr hadisələri ilə Nyu-Yorkda tədbirə qatılan Demokratlar partiyasının prezidentliyə namizədi Hillari Klinton özünü pis hiss edib.

Tədbiri yarıda tərk edən Klinton daha sonra ağ ciyərləri soyuğa verdiyini açıqlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar