Tramp və xanımı Milad yolkasının yandırılması mərasimində iştirak edib- VİDEO
06.12.2019 110 0.0 0

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp illik ənənəyə çevrilmiş Vaşinqtonda Milad yolkasının yandırılması mərasimində iştirak ediblər.

Bildirək ki, bu barədə "Associated Press" bildirib.

Bayram yolkasının təntənəli şəkildə yandırılması mərasimi artıq 97 ildir keçirilir. Mərasim prezident parkının cənub hissəsində təşkil olunub.

Qonaqlar arasında ABŞ-ın daxili işlər naziri Devid Bernhardt, deputatlar - Mark Medouz, Cim Cordan və Con Retkliff də olub.

Doqquz metrlik ağac 50000 çıraq və 450 nəhəng ağ ulduzla bəzənib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar