Tramp və Stoltenberq Donbasdakı vəziyyəti müzakirə ediblər
06.02.2017 658 0.0 0

ABŞ prezidenti Donald Tramp  və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Məlumata görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

Məlumata əsasən,  söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər. “Prezident Tramp və NATO baş katibi münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər”, məlumatda qeyd olunur.

 

Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Petro Poroşenko telefon söhbəti zamanı Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin yaxın zamanda görüşməyin mümkünlüyünü müzakirə ediblər./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar