Tramp terrora qarşı mübarizədə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini birliyə çağırıb
13.09.2017 587 0.0 0

ABŞ prezidenti Donald Tramp BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nahayanla telefon danışığı zamanı Qətər ətrafındakı böhranı müzakirə edib.

 

“Prezident ABŞ-ın regiondakı tərəfdaşlarının birliyinin əhəmiyyətini vurğulayıb, terrora qarşı mübarizədə terror qruplaşmalarının maliyyələşdirilməsinin, ekstremizm ideologiyasının yayılmasının qarşısını almaqda səyləri əsirgəməməyə çağırıb”, - deyə məlumatda bildirilir.  

 

Qeyd edək ki, iyunun 5-də regionda diplomatik qalmaqal başlayıb. Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıblar. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar