Tramp respublikaçılar tərəfindən dəstəyin olmamasından şikayətlənib
26.10.2016 376 0.0 0

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp partiyanın ona dəstək verməməsindən şikayətlənib.   

 

“Əgər bizim partiyada dəstək olsa, biz seçkilərdə Hillari Klintona uduzmarıq”, - deyə Tramp “Röyters”ə müsahibəsində bildirib  

 

“İnsanlar (Trampın tərəfdarları) partiya rəhbərliyindən narazıdır, çünki yuxarıdan dəstək verilsə, biz yüz faizlik qələbə qazanarıq. Lakin mən düşünürəm ki, biz istənilən halda qələbə çalacağıq”, - deyə Tramp qeyd edib.     

 

O, həmçinin qeyd edib ki, prezident seçiləcəyi halda qanunvericilik məsələləri ilə üzrə  Demokratlar Partiyasının nümayəndələri ilə çalışacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar