Tramp Qüdsdə yer axtarır
11.01.2018 669 0.0 0

"Səfirliyimizin Qüdsə köçürülməsi üçün bir neçə il vaxt lazım olacaq"

 

 

"İsraildəki səfirliyimizin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün bir neçə il vaxt lazım olacaq".  "Fox"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens telekanalın canlı efirində deyib.

 

 

"Hazırda bununla bağlı işlər gedir. Planlar mövcuddur. Bildiyiniz kimi, konsulluğumuz Qüdsdə yerləşir. Prezident yer seçimi və lazımi infrastrukturun formalaşdırılması ilə bağlı göstəriş verəcək. Düşünürəm ki, lenti kəsməzdən əvvəl bir neçə il vaxt lazım gələcək" – Pens bildirib.

 

ABŞ-ın vitse-prezidenti, həmçinin əlavə edib ki, son 20 ildə Konqresin qərarı olmasına baxmayaraq, Donald Trampa qədər heç bir prezidentin bu addımı atmağa qətiyyəti çatmayıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp ötən il Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq, İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar