Tramp Qrenlandiyanı alsa… - Deputatdan çağırış
31.08.2019 489 0.0 0

Qrenlandiya parlamentinin deputatı Pele Broberq ABŞ Prezidenti Donald Trampın adanı satın almaq təklifini nəzərdən keçirməyə çağırıb.

Bildirəkr ki, bu barədə RİA yazıb.

Broberq ada sakinlərini Trampın təklifi barədə diqqətlə düşünməyə dəvət edib və sözügedən təklifin Qrenlandiyanın Danimarkadan müstəqillik almasına imkan yaradacağını qeyd edib.

“Hazırda adanın müdafiəsini Danimarka deyil, ABŞ təşkil edir. Vaşinqtonla münasibətlər qurulduqdan sonra Ağ Ev hər il adaya böyük məbləğdə vəsait ayıracaq”, - deputat bildirib./Axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar