Tramp Putinlə görüşmək niyyətindədir
21.03.2018 681 0.0 0

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib.  

 

“Reuters”ə istinadən verilən xəbərə görə, D.Tramp bu barədə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn Salmanla görüşündə bildirib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında silahlanma yarışı, habelə Ukrayna, Suriya və Şimali Koreyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə tezliklə V.Putinlə görüşmək niyyətindədir.   

 

ABŞ prezidenti silahlanma yarışının artıq nəzarətdən çıxdığını qeyd edib.

"Biiz heç kimə heç vaxt malik olduqlarımıza yaxınlaşmağa belə imkan verməyəcəyik”, - deyə D.Tramp vurğulayıb.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar