Tramp Nikaraquaya qarşı sanksiyaların müddətini artırıb
26.11.2019 73 0.0 0

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin noyabrında Nikaraquaya qarşı qəbul edilmiş sanksiyaların müddətini bir il artırıb.

RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Prezidentin Konqresə xəbərdarlığında Nikaraqua hakimiyyətinin ölkədə etirazçılara qarşı zorakılıq və repressiyaların tətbiq edilməsi ittihamları təkrarlanır. Bildirilir ki, "demokratik institutların dağılması", korrupsiya əvvəlki kimi Birləşmiş Ştatların xarici siyasətinə və milli təhlükəsizliyinə "qeyri-adi və fövqəladə təhlükə" törədir.

Nikaraquada dövlət əleyhinə etirazlar 2018-ci ilin aprelində başlayıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar