Tramp «İŞİD»in əsl yaradıcılarının adlarını açıqladı
03.01.2016 718 0.0 0

Milyarder öz tərəfdaşları qarşısında çıxış edib.

ABŞ-da Respublikaçıların partiyasından prezidentliyə namizəd olan Donald Tramp bəyan edib ki, İŞİD terror qruplaşmasını Hilari Klinton və Barak Obama yaradıb.

Oxu.Az xəbər verir ki,  Associated Press nəşri öz Youtube kanalında Trampın Missisipi ştatında tərəfdaşları qarşısında çıxışının videosunu yerləşdirib. 

“Hilari Klinton Obama ilə birlikdə İŞİD-i yaradıblar”, - milyarder bəyan edib.

Siyasətçi həmçinin Ər-Riyadda şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin edam edilməsindən sonra Tehranda etirazçıların Səudiyyə Ərəbistanının səfirliyinin binasına hücum etmələrindən danışıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar