Tramp İrana qarşı yeni tədbirlər görməyi vəd edib
15.02.2017 709 0.0 0

ABŞ nüvə silahı əldə etməməsi üçün İrana qarşı yeni tədbirlər görmək niyyətindədir.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ prezidenti Donald  Tramp bəyan edib.
 
“Biz artıq İrana qarşı yeni sanksiyalar tətbiq etmişik. İranın nüvə silahı əldə etməməsi üçün bundan sonra da tədbirlər görüləcək. Mən indiyədək “altılıq” ölkələri ilə İran arasındakı kimi pis razılaşma görməmişəm”, deyə D.Tramp bildirib.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar