Tramp İrana qarşı sanksiyaların müddətini 1 il artırıb
13.11.2019 391 0.0 0

ABŞ prezidenti Donald Tramp noyabrın 14-dən İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

Tramp vurğulayıb ki, "ABŞ-ın İranla münasibətləri hələ normallaşdırılmayıb", amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.

Söhbət ABŞ və İran arasındakı Əlcəzair razılaşmalarından gedir, hansı ki, Tehranda 1979-cu il inqilabından bir il sonra Amerika diplomatlarının azad olunmasına gətirib çıxarıb. Bu sənədlərdə xüsusi halda ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipi şərt kimi qoyulmuşdu./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar