Tramp Demokrat Partiyasının seçkidən narazı qalmasının səbəbini açıqlayıb
15.01.2017 601 0.0 0

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Demokrat Partiyasının onun prezident seçilməsindən narazı qalmasının səbəbini izah edib.

TASS agentlyinə istinadən verilən məlumata görə, D. Tramp hesab edir ki, Demokrat Partiyasının hazırkı prezident Barak Obamanın tərəfdarlarının böyük əksəriyyətinin son prezident seçkilərdə məhz ona səs verməsindən narazı qalıb.

D. Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ABŞ şirkətləri ölkə daxilində iş yerləri açdıqca seçicilərin bu dəstəyi daha da artacaq: “Avtomobil şirkətləri, o cümlədən digər şirkətlər ABŞ-da bizneslə məşğul olmaq istəyirlərsə, mütləq ABŞ-a dönərək istehsal müəssisələrini ölkəmizdə qurmalıdırlar”.

Qeyd edək ki, D. Tramp seçki kampaniyasında ABŞ-dakı bir sıra şirkətlərin vergi və digər xərcləri azaltmaq üçün istehsal müəssisələrini başqa ölkələrə köçürməsinə xüsusi diqqət ayırmışdı. Həmin şirkətləri sərt tənqid edən D. Tramp bildirmişdi ki, bu şirkətlər amerikalıları iş yerlərindən məhrum edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar