Tramp: `Suriyadakı vəziyyətlə əlaqədar hərbi variantlarımız çoxdur`
10.04.2018 1258 0.0 0

Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücumla bağlı rəsmi Vaşinqtonun hərbi variantları çoxdur

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“Hərbi cəhətdən planlarımız çoxdur. Bu barədə tezliklə xəbər veriləcək”, deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, Duma şəhərində kimyəvi silahdan istifadənin arxasında əslində kimlərin durduğu araşdırılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar