Tramp: `İran tezliklə ABŞ-la danışıq aparmaq istəyəcək`
16.05.2019 583 0.0 0

Birləşmiş Ştatların prezidenti Donald Tramp rəsmi Tehranın yaxın vaxtlarda Vaşinqtonla danışıqlar aparmaqı istəyəcəyinə əminliyi ifadə edib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Donald Tramp "Washington Post" və "New York Times"ın onun barəsində yazdıqları, Yaxın Şərqdəki güclü siyasətinə görə daxili mübarizə barəsində "yalan xəbərlər"lə razılaşmayıb.

"Müxtəlif fikirlər bildirilir və mən sərt və qəti qərarı qəbul edirəm – bu, çox sadə prosesdir", - deyə Tramp yazıb.

O, əlavə edib ki, rəsmi Tehran tezliklə danışıq aparmaq istəyəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar