Tramp: `İnsanlar anlamırlar ki, mən başqa dövlətlərlə yola gedə bilərəm`
04.11.2019 440 0.0 0

ABŞ lideri Donald Tramp bir sıra aparıcı ölkələrlə münasibətlərinin pis olması barədə xəbərləri təkzib edib.

Bu barədə Qazeta.info "Report" -a istinadən xəbər verir.

ABŞ prezidenti bildirib ki, onun Rusiya, Ukrayna və Çinlə çox yaxşı münasibətləri var.

"Mənim Ukrayna ilə münasibətlərim çox yaxşıdır. Rusiya ilə münasibətlərim çox yaxşıdır. Çinlə əla münasibətlərim var. İnsanlar anlamırlar ki, mən (başqa dövlətlərlə) yola gedə bilərəm", - deyə Tramp qeyd edib.

Birləşmiş Ştatların lideri həmçinin Ukraynaya dəstək haqqında sualı da savablandırıb. Ağ Ev rəhbəri qeyd edib ki, onun rəsmi Kiyevə dəstəyi çox yaxşıdır.

Qeyd edək ki, yerli KİV ABŞ rəhbərinin guya Ukrayna, o cümlədən bu ölkənin dövlət başçısı ilə münasibətlərinin pis olması barədə məlumat yayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar