Tramp: `Facebook Klintonu dəstəkləyirdi`
22.10.2017 657 0.0 0

ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, D.Tramp bu barədə “Tvitter” səhifəsində yazıb.

 

“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib.  “Facebook” mənim yox, onun tərəfindəydi!”, - deyə D.Tramp qeyd edib.

 

 Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində milyardlarla dollar xərclənib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar