TQDK-onlayn sınaq imtahanı keçirir.
10.03.2015 968 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir.


Qazeta.info TQDK-ya istinadla bildirir ki, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur. 

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. 

Sınaq imtahanının bu gündən etibarən həyata keçirilməsi nəzərdə tutulur. 

Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər. 

Ətraflı məlumat əldə etmək üçün http://eservices.tqdk.gov.az/sinaq/online_ex.aspx linkinə daxil ola bilərsiniz.  
 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar