TQDK-nın saytı çökdü-Bu gün onlayn sınaq imtahanları keçirilməli idi-Yeniləndi
22.02.2016 599 0.0 0

Qazeta.info bildirir ki, bu gün TQDK-nın saytına yaranmış problemin səbəbi məlum olub.

 

TQDK-dan verilən məlumata görə, problem təkcə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında deyil, ölkənin bir neçə rəsmi strukturlarının saytlarında qeydə alınıb.Qazeta.info bildirir ki, araşdırma nəticəsində məlum olub ki, həqiqətən də Azərbaycanda bir sıra rəsmi saytlarında problem yaranıb və saytlara giriş mümkün olmayıb.

Bundan başqa bildirək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən APA-ya problemin sırf texniki səbəblər ilə əlaqədar olması bildirilib.Məlumat üçün bildirək ki, qeyd edilən problem saat 15-00 radələrindən etibarən aradan qaldırılıb hazırda adı çəkilən qurumun saytının fəaliyyəti bərpa olunub.

 

 
*****

 

Qazeta.info bildiri ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytına giriş mümkünsüz hala gəlib.

Xatırladaq ki, bu gün TQDK tərəfindən ölkədə Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirilir.Saytda baş verən problemin elə məhz bu səbəbdən olması güman edilir.

Bildirək ki, TQDK-nın saytında yaranan məlum problem ilə əlaqədar Qazeta.info təqribən bu gün 13-00 radələrində məlumat əldə edib. Xatırladaq ki, hazırda sayta girmək qeyri mümkündür.

Qeyd edək ki, məlum məsələ ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqə yaratmaq cəhdlərimiz nətiçə vermədi.Bu baxımdan da yaranmış problemdən dolayı imtahanların baş tutub tutmaması haqda məlumat verə bilmirik.

 

Qeyd. Hazırda qeyd edilən məsələ araşdırılır.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar