TQDK nəticələri elan edib
26.05.2015 622 0.0 0

TQDK mayın 24-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 24-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 26-da saat 16:00-dan etibarən açıqlayıb. 

Qazeta.info TQDK-ya istinadla əlavə olaraq bildirir ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. 

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 15224 abituriyentdən 1227 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13997 abituriyentdən 29 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 13968 abituriyentin imtahan nəticələri yerləşdirilib. 

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar