TQDK-DAN YENİ QƏRAR, İMTAHAN VAXTLARI DƏYİŞƏCƏK
29.01.2015 800 0.0 0
Bu il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtında dəyişiklik ediləcək.

 

Məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, bu vaxta kimi orta məktəblərdə buraxılış imtahanları iyun ayında keçirilirdi. Bu il isə Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı bütün tədbirlər iyunun 7-dək başa çatacaq.

 

Onun sözlərinə görə, regionlarda buraxılış imtahanları iyun ayında keçiriləcək: “Regionlardan da bəzilərində Avropa Oyunlarının müxtəlif istiqamətləri üzrə yarışlar keçiriləcək. Hazırda hansı regionda bu yarışların keçiriləcəyi müəyyənləşdirilir. Hələ ki magistraturaya və rezidenturaya qəbulla bağlı tədbirlərin tarixi elan edilib. Bu yaxınlarda buraxılış və qəbul imtahanları ilə bağlı ümumi cədvəl təsdiqlənəcək. Bu, təkcə bizimlə əlaqədar deyil. Çünki imtahanların keçirilməsi ciddi tədbirlərdir və bu prosesə müxtəlif qurumlar da cəlb olunur. Ona görə də Avropa Oyunlarının keçirildiyi müddətdə kütləvi tədbirlərin aparılması mümkün deyil”. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar