TQDK buraxılış imtahanları keçirib
12.06.2015 652 0.0 0


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də Respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. 

TQDK-ya istinadla bildirir ki, 9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanmış və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanmış və 2 saat 45 dəqiqə müddətində aparılmışdır. 

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə olmuşdur. 

Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılmış və proses təlimata uyğun aparılmışdır. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar