Toyuna hazırlaşan gəncağır qəza törətdi - 1 ölü (VİDEO)
04.10.2016 586 0.0 0

Zaqatalada maşın 53 yaşlı qadını vuraraq öldürüb.

ARB Şəki-yə istinadən xəbər verilir ki, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Zaqatalanın Yuxarı Tala kənd sakini, 21 yaşlı Pənah Rövşən oğlu Hüseynov idarə etdiyi “Opel Vectra” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət zolağı ilə gedən Zaqatala sakini 53 yaşlı Gülmayə Məhəmməd qızı Həzrəyevanı vurub.

Qəzada ağır xəsarətlər alan Gülmayə Həzrəyeva Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən 21 yaşlı Pənah Hüseynovun iki gün sonra toyu olmalı idi./trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar