Toyda gəlinin qohumlarını bıçaqlayan şəxs saxlanılıb
04.10.2016 708 0.0 0

Ötən gün Şəmkir şəhərində şadlıq evlərinin birində keçirilən toy zamanı iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

 

Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan şəhər sakini Razim Rzayevin hadisəni sərxoş vəziyyətdə törətdiyi müəyyənləşib.

 

Qeyd edək ki, ötən gün Şəmkir şəhərində keçirilən toy şənliyi zamanı Razim Rzayev gəlinin atası 1970-ci il təvəllüdlü Azər Qasımovu və gəlinin bibisinin həyat yoldaşı, 1957-ci il təvəllüldlü Etibar Məmmədhəsənovu bıçaqlayıb. Onlar Şəmkir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.
 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar