Toy mərasimi zamanı partlayış olub: 11 ölü, 34 yaralı
06.12.2019 131 0.0 0

İranın Saqqız şəhərində (Kürdüstan əyaləti) toy mərasimində partlayış baş verib.

Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 11 nəfər həlak olub, 34 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Partlayışa səbəb kimi qaz balonunun partlaması göstərilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar