Toy karvanında avtomobil qəzası baş verdi- Çoxlu sayda yaralı var
04.01.2017 1411 0.0 0

Şəmkirdə ağır yol qəzası baş verib.

 

Məlumata görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən “Opel” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə 9 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

Qazeta.innfo APA-ya istinadla bildirir ki, xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev,1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar