Tovuzda kişi həyat yoldaşının başını kəsərək qətlə yetirib
20.09.2016 717 0.0 0

Tovuzda qətl hadisəsi baş verib.

Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı biçaqla kəsilərək qətlə yetirilib.

Bildirək ki, Tovuz şəhər avtovağzalında qadını qətlə yetirən şəxs saxlanılıb. Məlumata görə,  24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.  

 

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

 

Ailənin iki övladı olub. /apa


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar