Tovuzda avtomobil uşağı vuraraq öldürüb
10.02.2016 398 0.0 0

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Məlumata görə, hadisə rayonun Qovlar-Aşağı Quşçu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən azyaşlını vurub.

 

Xəsarət alan uşaq hadisə yerində ölüb. Hazırda ölənin kimliyi müəyyənləşdirilir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar