Tom Kruz Kiyev metrosunda görünüb - VİDEO
01.10.2019 605 0.0 0

Hollivud aktyoru Tom Kruz Ukraynanın paytaxtı Kiyev şəhərinin metrosundan istifadə edib.

Bu barədə  "Strana.ua"ya istinadən xəbər verilir.

Qeyd edilir ki, sərnişinlər tanınmış aktyoru "Qızıl qapılar" metrostansiyasında görüblər. Tom Kruz stansiyada mühafizəçilərlə peyda olub.

Kinoulduzla foto çəkdirməyə icazə verilməyib. Ancaq sərnişinlər bir neçə foto və video çəkməyə nail ola biliblər.

Sosial şəbəkə istifadəçiləri Kruzun metrostansiyada görünməsindən təəccübləniblər. Bəziləri güman edib ki, o Ukraynaya "Xalqın xidmətçisi" filmində ölkə prezidenti Vladimir Zelenskinin əvəzinə çəkilmək üçün gəlib. Əvvəllər filmdə baş rolu hazırkı dövlət oynayıb./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar