Tokio Rusiyaya qarşı sanksiyalarını gücləndirir
25.02.2022 298 0.0 0

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları üç istiqamətdə genişləndirmək qərarına gəlib.

TASS-a istinadən xəbər verilir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Milli Təhlükəsizlik Şurasının növbəti iclasının yekunlarına dair xüsusi mətbuat konfransında bildirib.

"Biz Rusiya Federasiyası vətəndaşlarına viza verilməsini dondururuq, maliyyə institutlarının aktivlərini dondururuq, hərbi sektorla əlaqəli təşkilatlara malların ixracını məhdudlaşdırırıq", - Yaponiya hökumət başçısı bildirib.

O, həmçinin, Yaponiya tərəfinin G7 və beynəlxalq ictimaiyyətlə sıx təmasda vəziyyətin inkişafına uyğun hərəkət edəcəyini vurğulayıb./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar