Tillerson Qətər böhranı ilə əlaqədar Meksikaya səfərini ləğv edib
17.06.2017 650 0.0 0

ABŞ-ın dövlət katibi Reks Tillerson Qətər ətrafında yaranmış böhranla əlaqədar Meksikaya, Amerika Dövlətləri Təşkilatının sammitinə planlaşdırdığı səfərini ləğv edib.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.

 

“Dövlət katibi Fars körfəzi ölkələrinin rəsmiləri və regional liderlərin nümayəndələri ilə görüşləri və telefon danışıqları vasitəsilə Yaxın Şərq regionunda gərginliyin azaldılması üçün səylərini davam etdirəcək”, məlumatda deyilir.

 

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə rəsmi Doha ilə diplomatik münasibətləri kəsib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar