Tillerson: ABŞ ilk bomba düşüncəyədək KXDR-lə diplomatik həll variantına köklənib
19.02.2018 738 0.0 0

 Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Şimali Koreya ilə bağlı vəziyyətin diplomatik yollarla nizamlanması üzrə danışıqlar barədə fikirlərini bölüşüb.

Məlumata görə , CBS telekanalının "60 dəqiqə" verilişinin efirində qonaq olan Tillerson ilk bomba atılana qədər diplomatik səylərin davam etdiriləcəyini deyib.

"Bizim diplomatik səylərimiz ilk bomba düşüncəyədək davam etdiriləcək. Mənim işim ondan ibarətdir ki, bombanın düşməsi üçün səbəb yaranmasın", - deyə dövlət katibi əlavə edib.

O qeyd edib ki, Vaşinqton Pxenyan ilə ünsiyyət üçün kanallarını açıq saxlayır, eyni zamanda ABŞ dialoq başlayana qədər KXDR-ə təzyiqlərini davam etdirir.

"Biz onları danışıqlara razı saxmaq üçün yerkökü göstərmirik. Biz böyük kötək göstəririk", - deyə Dövlət Departamentinin rəhbəri söyləyib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar