Tereza Mey: `Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil`
07.12.2017 1062 4.0 0

Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

 

“Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsi ilə razı deyilik.  Hesab edirik ki, qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Tel-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil”, deyə T.Mey bildirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar