Telegraph: İran nüvə silahının hazırlanmasında Şimali Koreyaya gizli yardım göstərə bilər
10.09.2017 843 0.0 0

Böyük Britaniya hökuməti ehtimal edir ki, İranın gizli dəstəyi Şimali Koreyanın nüvə proqramının sürətli inkişafına səbəb olub. APA-nın xəbərinə görə, bunu “Telegraph” nəşri öz mənbələrinə istinad edərək iddia edir.

 

Məlumata görə, Böyük Britaniya XİN-i hazırda indiki və keçmiş nüvə ölkələrinin nüvə başlıqlarının hazırlanmasında Şimali Koreyaya yardım göstərib-göstərmədiyini araşdırır. Nəşrin hökumətdəki mənbələri Şimali Koreya alimlərinin bu sahədə müstəqil şəkildə irəliləyişə nail ola biləcəklərinə şübhə ilə yanaşırlar .  

 

Şimali Koreyaya nüvə proqramının inkişaf etdirilməsində yardım göstərə biləcək ölkələrin siyahısına İran liderlik edir. Siyahıda Rusiya da yer alıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar