Tarmenxan Babayev Avropa birinciliyində bürünc medal qazanıb
14.12.2019 155 0.0 0

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, yaşı 17-yə qədər olan atletlərdə 96 kq çəki dərəcəsində iki atletimiz – Tarmenxan Babayev və Əli Şükürlü qüvvələrini sınayıbar.

Əli Şükürlü toplam 306 kq (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Tarmenxan Babayev birdən qaldırma hərəkətində 145 kq nəticə ilə 4-cü pillədə qərarlaşıb. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 181 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq Avropa birinciliyinin bürünc medalını qazanıb.

Toplam 326 kq (145+181) nəticə ilə Babayev yekun sıralamada 4-cü yeri tutub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar