TAP kommunal nəqliyyat vasitələrinin alınmasına 9 mln. avro xərcləyəcək
22.06.2017 601 0.0 0

Trans-Adriatik Qaz Kəməri Konserni (TAP) Şimali Yunanıstanda nəqliyyat vasitələrinin modernizasiya proqramı çərçivəsində 9 mln. avro investisiya yatıracaq.

 

TAP-ın rəsmi saytına istinadən verilən məlumata görə, bu vəsait boru kəmərinin Şimali Yunanıstandan keçdiyi üç əyalətdə yerli icmalar üçün kommunal nəqliyyat vasitələrinin və maşınlarının alınmasına xərclənəcək.

 

Qeyd edək ki, bu təşəbbüs Yunanıstan hökuməti və nazirlikləri ilə sıx əməkdaşlıq nəticəsində işlənilib və ümumi həcmi 32 mln. dollar olan sosial və ekoloji investisiyalar proqramının bir hissəsidir.  

 

Məlumatda deyilir ki, ayrılan 9 mln. avro vəsaitin hesabına 33 ədəd təcili tibbi yarıdım, 22 ədəd tullantıların daşınması , 17 ədəd meşə təsərrüfatı, 14 ədəd qar təmizləyən və 6 ədəd mülki müdafiəsi üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin alınmasına xərclənəcək.

 

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar