TAP İtaliyada rekord qaz istehlakına səbəb olub
12.01.2022 102 0.0 0

Azərbaycan qazının Avropaya nəql edildiyi Trans-Adriatik qaz kəməri (TAP) 2021-ci ildə İtaliyada rekord səviyyədə qazın istehlak olunmasında həlledici rol oynayıb.

Trend bu barədə İtaliya KİV-lərinə istinadən məlumat verir.

"Snam" şirkətinin hesablamaları göstərir ki, ötən il İtaliyada qaz istehlakı 76,2 milyard kubmetri ötüb, bu isə 2020-ci illə müqayisədə 5,5 milyard kubmetr çoxdur.

2021-ci ildə İtaliyanın qaz kəmərləri ilə 2020-ci illə müqayisədə 7,8 faiz və son onillik göstəricidən orta hesabla 7,2 faiz daha çox təbii qaz nəql edilib.

Qeyd edək ki, TAP vasitəsilə qaz nəqli 2020-ci il dekabrın 31-də başlayıb.


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar