Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub
15.01.2022 296 0.0 0

Tanzaniyanın şimalındakı Manyara regionunda uzun sürən quraqlıq səbəbindən 62 mindən çox heyvan tələf olub.

Məlumata görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Şimanjiro dairə şurasının sədr müavini Sendeu Layzerin sözlərinə görə, uzun sürən quraqlığın qurbanı 62 585 heyvan, o cümlədən iribuynuzlu mal-qara, qoyun və keçilər olub.

Layzer vurğulayıb ki, quraqlıq heyvandarları nisbi su və otlaq üçün ot ehtiyatı olan ərazilərə köçməyə məcbur edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar