Tanışını öldürməkdə şübhəli bilinən şəxs istintaqa cəlb edilib
23.02.2022 264 0.0 0

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir.

Qazeta.info Baş Prokurorluğun məlumatına istinadla bildirir ki, fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
 Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
 Hazırda cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar