Tanınmış aşığa qarşı dələduzluq edən şirkət əməkdaşlarının məhkəməsi başlayıb
31.01.2018 829 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra E.Həsənovun vəkili Gülşən Salmanova cinayət işi ilə tanış olmadığını deyib və o, məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

İttiham aktına əsasən, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq pulu şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, hər iki təqdirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihamda qeyd edilib ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

Hər iki təqsirləndirilən şəxsin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur. Onun özü də məhkəmənin hazırlıq iclasında iştirak edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar