TANAP-ın Türkiyə hissəsində tikinti dayandırılıb
02.02.2016 462 0.0 0

Buna boruların yerləşdiriləcəyi ərazidə Roma İmperiyası dövrünə aid yeraltı otaqların aşkar olunması səbəb olub. TANAP-ın Türkiyə hissəsində tikinti işləri dayandırılıb.
 
“Sabah” qəzetinə istinadən verilən məlumata görə, Azərbaycanın Xəzər dənizindəki təbii qazı öncə Türkiyəyə, daha sonra Avropaya nəql edəcək 850 km. uzunluğundakı "Trans Anadolu" Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) çərçivəsində işlərin həyata keçirildiyi 20 şəhərdən biri olan Ankara bölgəsində qəribə hadisə baş verib.
 
Belə ki, Gölbaşı rayonunun Dikilitaş məhəlləsində boruların yerləşdiriləcəyi tunel buldozerlə qazılarkən Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.
 
Üzərində xaç simvolları olan 4 otağın aşkar olunmasından sonra bölgədə boru döşəmə işləri dayandırılıb.
 
Qeyd edək ki, VII əsrə aid olduğu ehtimal olunün otaqlarda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri araşdırmalar aparırlar. Mütəxəssislər otaqların həmin dövrə aid məzar olduğunu düşünürlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar