TANAP-ın podratçısı dünya rekorduna imza atıb
14.09.2016 601 0.0 0

 TANAP-ın podratçısı olan "Tekfen" şirkəti 2 km uzunluğunda olan boru xətlərini 14 saat ərzində qaynaq edib.
 
"APA-Economics" şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, bununla da "Tekfen" dünya rekorduna imza atıb.
 
TANAP layihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti 16, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetrə Azərbaycan qazının
10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.
 
2015-ci ilin mart ayının 13-də Ankarada imzalanmış anlaşma sazişinə əsasən "Cənub Qaz Dəhlizi" QSC (58%), BOTAŞ (30%) və BP (12%) olaraq iştirak payları əldə ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar