Taliban liderlərinin İranda olması barədə xəbərlər təkzib edilib
15.11.2016 733 0.0 0

İran hökuməti Taliban liderlərinin ölkə ərazisində olması barədə xəbərləri təkzib edib.

Məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, Əfqanıstanda bəzi media orqanlarının yaydığı bu tip xəbərlər yalandır: “Tehran və Kabil arasında dost və qardaş münasibətləri iki ölkənin müştərək təhlükəsizliyi və mənafeyi naminə davam etdirilir”. 

 

Qeyd edək ki, Əfqanıstanın bəzi KİV-ləri Taliban qruplaşmasının rəhbərlərinin İranda olması və İranla əməkdaşlıq etməsinə dair xəbərlər yayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar