«Taliban» hərəkatının yeni liderinin adı məlum olub
30.07.2015 640 0.0 0

“Taliban” hərəkatının üzvləri özlərinə yeni lider seçiblər.

 “Röyters”ə istinadən verilən məlumata görə, bundan sonra hərəkata Axtar Məhəmməd Mənsur rəhbərlik edəcək.
 
Hərəkat üzvü olan komandirlərdən biri bildirib ki, müvafiq qərar iyulun 29-da axşam saatlarında Kvetta Şurasının toplantısında yekdillikdə qəbul olunub. Onun sözlərinə görə, Şura yaxın günlərdə bununla bağlı bəyanat verəcək.
 
Xatırladaq ki, bu günlərdə Əfqanıstan rəsmiləri “Taliban” hərəkatının lideri Molla Məhəmməd Ömərin 2-3 il bundan öncə öldüyünü bəyan ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar