Taleh Bağırovun ittiham olunduğu maddələrdən biri dəyişdirilib
19.05.2016 472 0.0 0

 “Müsəlman Birliyi” adlı təşkilatının sədri Taleh Bağırov barəsində başladılan cinayət işinin maddəsi dəyişdirilib.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir və T.Bağırova yekun ittiham elan olunaraq: "Onun ittiham edildiyi 214-cü (terrorçuluq) maddə 28, 214-cü (terorçuluğa hazırlıq) maddəsinə töfsüf olunub".
C.Cavadov bildirib ki, yaxın vaxtlarda iş marerialları ilə yenidən tanış olmağa başlayacaqlar. 
Qeyd edək ki, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.12-ci, 29, 120.2.1-ci, 29, 120.2.3-cü, 29, 120.2.4-cü, 29, 120.2.7-ci, 29, 120.2.12-ci, 28, 214.2.1-ci, 28, 214.2.3-cü, 214-2-ci, 220.2-ci, 228.3-cü, 278-ci, 279.1-ci, 283.2.3-cü və 315.2-ci maddələri ilə ittiham olunur.
Ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi T.Bağırovun apellyasiya şikayətini təmin etməyib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar