Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi təxirə düşüb
23.11.2016 655 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilməyib.

 

APA-nın xəbərinə görə, şahidlər gəlmədikləri üçün proses noyabrın 28-nə təxirə salınıb.

 

 

***

 

saat 13.42

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, prosesdə təqsirləndirilən Abbas Hüseynovun iclasa sədrlik edən hakim Əlövsət Abbasova verdiyi etiraz müzakirə edilib.

 

Vəkillər etirazı müdafiə etsələr də, prokuror Nəsib Bayramov etirazın əsassız olduğunu deyib. Daha sonra digər hakimlər Eldar Mikayılov və Mahmud Ağalarov müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib.

 

Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

 

Bildirilib ki, etiraz əsaslandırılmayıb, hakim Ə. Abbasovun qərəzli olması sübuta yetirilmir.

 

Proses günün ikinci yarısında davam edəcək.

 

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar